Əsas məzmuna keç

Qoşma

İxtiyarım alıbdır

Məxdumqulu Fəraqi

1

Fani fələk gərdişində içdiyim qan olubdur, Gündə yüz min cəbr bilən ixtiyarım alıbdır.

Qəflət uyğusunda yatıb, seyr etmədim bostanıma, Bu gün nəzər salsam ol yan, çiçəklərim solubdur.

Bağbanımı alıb yesir, götürübdür bu fələk, Uğrunda səfil yürüb tapsam, çaya salıbdır.

Dəsti-paya urub zəncir, Məcnun kimi danılan, Ol zindanın qapısında zari-giryan qalıbdır.

Əsirlikdən qurtulmağa bir qüdrətim yox mənim, Qeyrət atı arxa təsib, ömrü də qocalıbdır.

Ol zindanın sultanına dedim: «Xilas qıl onu», Zari-giryanımı görüb, ol sultan utanıbdır.

Dedi sultan: «Bənd olanlar alnımdadır, bu qulu», Məxdumqulu öz dilindən gör, bağrı qan olubdur.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.