İtki – qazanc
Səsi qulaqdan itirdik, Sözü dodaqdan itirdik, Suyu bulaqdan itirdik, Közü ocaqdan itirdik. Gəldik itirə-itirə, Bir az Vətəndən itirdik, Bir az torpaqdan itirdik. Gözümüzü açıb gördük, Qəzəb, nifrət qazanmışıq. Bir-birimizi yemək üçün, Kin-küdurət qazanmışıq. Həm köləlik, təslimçilik, Həm əsarət qazanmışıq. Yarı illət, yarı zillət, Yarı töhmət qazanmışıq. Xəstə sevgi, ölü həsrət, Yetim millət qazanmışıq.