İtirərsən, tapammazsan
Kövrəyəm, dəymə qəlbimə, Sındırarsan, yapammazsan. Mənsiz eşqin Qıratını, Heç bir yana çapammazsan.
Haya gəlməz nə haqq, nə din, Çətin olar işin, çətin. Ömrün boyu xəcalətin Əllərindən qopammazsan.
Hədər vermə bircə anı, Səninkidir ruhu, canı. Ucuz tutma Zəlimxanı, İtirərsən, tapammazsan!