İstər
Boş qalıbdır qafil gövdə, Mərdanə bir sağ can istər; Ürək-bağrım qılıb para, Asudeyi-zaman istər.
Leylisindən qaldı Məcnun, Gözdən töküb ol qanlı xun, Dağda çəkib cəbri-xütun, Gülər üzlü taban istər.
Fərhaddır istər Şirini, Çəkəndir eşqin cəbrini, Həvalə verib sərini, Dəm gəlincə dövran istər.
Vamiq Əzranın eşqində, Dinclik tapmadı köşkündə, Yaş yerinə qan əşkində, Sel olubdur, meydan istər.
Züleyxa görüb Yusifı, Artdı eşqi, yox hesabı, Üzdən atıbdır niqabı, Siyah zülfü xəndan istər.
Fəraqi, sözlər dərdini, Tülkülər atmış qurdunu, Sevərək türkmən yurdunu, Yiyə olan bir xan istər.