Əsas məzmuna keç

Qoşma

İstəməm

Məxdumqulu Fəraqi

1

Gül yüzünə pərvanəyəm, qeyri reyhan istəməm, Baxıban mehrindən doydum, baği-bostan istəməm Ruyin olar şəmsi-qəmər, ol mahi-taban istəməm, Baxışın, şah qıldı, bil ki, zövqi-dövran istəməm, Zülfünə bənd eylədin dost, qeyri zindan istəməm.

Zülfü siyah, dostum ey, hasili-sevda can ilən, Çağırdı cəlladlarını, qorxar bilibdir qan ilən, Dedim: «Ey, qan neyləsin, qılma həmra hicran ilən», Eylədim pünhanım əyan, qovdu ol fərman ilən, Dedim: «Dost gördüm üzünü, bil ki, ərman istəməm».

Can verib qəm eşqinə, Məcnun oluban gəzərəm, Tənim dəftər, əlim qələm, əcəb vəsfin yazaram, Görməyib kənarını, eşq xəzan içrə üzərəm, Simnar olub sən üçün, qızıl köşklər düzərəm, Qeyri ədalətli hakim, xanü sultan istəməm.

Keyvanı gələr huşuma, baxsam ki qara gözlərə, Mərrix məni bənd eyləyir, gözləsəm, dost üzlərə, Müştəri qafil otırmış, bənd olub, bil, sözlərə, Zöhrə, Nazpəri, Humay, Dursuti heyran sizlərə, Böylə ədalətli şahsan, Qızıl Arslan istəməm.

Şah olub, fərman verib sən, bildim «Həft peykərə», Bəhram Gur taxt unudub, ərz edibdir İskəndərə, Tuğ götürüb qıldın savaş, əl urub sən şəmşirə, Bu qədər zülüm olarmı, qara gözlü dilbəra, Qorxaram mən qamətindən, cövza-kaman istəməm.

Çıxdı Zübeydə alnımdan, ah neylək, bəxtim qara, Əlim bağlı zülfünə, tapşırarlar əjdərə, Əjdər çəkər kamına, zalim olubsan, dilbəra, Zülüm qılma, yaraşmaz sən kimi peyğəmbərə, Saldın, ey, çıxmaz dərdə, indi dərmani istəməm.

İsmim olar ki, Fəraqi, yas tutarmış ellərim, Sözlərin xoş vəqt olub, lal oldu, dost dillərim, Girdin, ey, sən seyr edib, bağda qurban güllərim, Bənd olub göz yaşıma, neylək ki, axmaz sellərim, Qoynun içrə bitmiş bostan, mən laməkan istəməm.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.