Əsas məzmuna keç

Qoşabeyt

İstək

Zəlimxan Yaqub

1

Məndən nə istərsən desə Allahın, Sevməyə, duymağa istedad istə.

Yerləri gəzməyə yorulmaz ayaq, Göyləri qucmağa qol-qanad istə.

Zəncirdən aralı, qəfəsdən uzaq, Coşan duyğuları sən azad istə.

Acılıq heç kəsə qismət olmasın, Şirin nemət istə, şirin dad istə.

Təmizlik içində allahlıq yaşar, Tanrıdan istəsən, təmiz ad istə.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.