İstanbul gecələri
Şairin xəyalı uçur göylərə, Göylərin yeddinci qatından keçir. Ürəyi doğranır torpağın üstə, Cərrah bıçağının altından keçir.
Dərdə hamilədir şair ürəyi, Doğanda əsər yox, ağrı, qan doğur. Şair anaları oğul doğanda, İçi vərəm doğur, bağrı qan doğur.
2009, 26 sentyabr, İstanbul, Amerika xəstəxanası