Əsas məzmuna keç

Heca şeiri

İşıq kimi

Zəlimxan Yaqub

1

İşıqlı duyğular axır qəlbimə, Yağır saçlarıma dən işıq kimi. Ruhumda o qədər ulduz var, Ay var, Görünür gözümə çən işıq kimi. Tanrı içərimdə qurub taxtını, Hopur varlığıma din işıq kimi. Tükümə toxuna bilməz qaranlıq, Gəzirəm dünyada mən işıq kimi. Təpədən dırnağa işığam, nuram, Allahla Peyğəmbər arasındakı, Nurlu söhbət kimi, danışıq kimi.

2002, 1 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.