İşığında
Ömrün yollarında yanan çıraqdı, İnsanın eşqi var göz işığında. Günəşin gücünü, Ayın nurunu Hər ürək yaşadar öz işığında.
İşıqlı arzular ürəyə yatar, Süzülər sinədən söz qatar-qatar. Gözəllər könüldə gur ocaq çatar, Sevənlər qaynaşar köz işığında.
Alışar nəfəsi, qaynar ilhamı, Qalmaz gözlərimdə istəyi, kamı. Odlu sətirləri yandırar şamı, Şair həyat tapar söz işığında.
1974, 26 dekabr