İsfahanda tapılmaz
Ey, sənin tək gül pəri cümlə cahanda tapılmaz, Qaşlarına bənzəyən yay İsfahanda tapılmaz, Ləblərinin ləzzəti bir dəhanda tapılmaz, Üzlərin halı tək hal mahi-tabanda tapılmaz, Gül ruyinin camalı zənəxdanda tapılmaz.
Gül ruyinə çəkib niqab, yandırdın, zalim pəri, Görmədim sən tək gözəli yortub qılman-bəşəri, Neylək, eşqin əzm urub qoydu çıxmaz əsəri, Siyah zülfün dalğalı, bəlkə ümman ləngəri, Nili-Qülzüm axtarıb, bir ümmanda tapılmaz.
Bu fələyin çərxini sən urub, viran eylədin, Dərdlilərə zülfünün tarını dərman eylədin, Ölüləri dirildib varına sən can eylədin, İstəyib olsun behişt, duzəxə fərman eylədin, Böylə ədalətli fərman şahü xanda tapılmaz.
Gözəlləri yığnayıb, gündə qıldın söhbəti, Məşhuri-aləm olubdur şahlara yar şövkəti, Urdu fələk, qıldı viran, gör əcaib dövləti, Dua verib ol Birivar, ərən versin hümməti, Gəşt eyləsən, böylə sultan bu cahanda tapılmaz.
Bu fələyin qəhri yaman, çıxar qəzəb taxtına, Eyləyib taleyi şor, qüssə qatarmış baxtına, Adəm oğlu olsa handa düçar gələr səyyadına, Bir-birini həcv edibən göz tutar züryadına, Böylə binamus fələk bir həngamda tapılmaz.
Məxdumqulu, indi hər dəm tanı dostu, yarını, Biağıl, nadan olub salma fələyə zorunu, Sərxoş olgil, səyrəgil, möhkəm çəki zünnarını, İstəsələr müştaq olub, söyləgil bal göftarını, Sənin kimi balü şəkər bir zəbanda tapılmaz.