Irişdi vəqt ki, gül basa busitanə qədəm
Irişdi vəqt ki, gül basa busitanə qədəm, Cəhani eyləyə lütfi-bahar rəşki-Irəm.
Verə bənəfşə ilə bərgi-ərğəvan çəmənə Səfayi-ziynəti-peyvəndi-abinusü bəqəm.
Həvadən eyləyə əşcari əbr gövhərbar, Səhifeyi-çəmən üstündə jaləvü şəbnəm.
Günəşdən ola sipehri-kəvakibü səyyar Çinar sayəsi altında səbzeyi-xürrəm.
Səhifeyi-çəmən üzrə tərəddüd edə nəsim, Məsih cilvəgəhi ola daməni-Məryəm.
Üqudi-şəbnəm ilə ruzü şəb hərarəti-mehr Xütuti-səbzəyi gəh möhməl edə gəh mö’cəm.
Müsavi ola lətafətdə asimanü zəmin, Bərabər ola yügürməkdə əşhəbü ədhəm.
Çəməndu oxuna hökmi-əyaləti-novruz, Misali-hökmə nisar eyləyə şükufə dirəm.
Rəvacbəxş ola gülzarə e’tidali-həva, Nəçük ki, xütteyi-Bağdadə sərvəri-ə’zəm.
Güli-bəhari-ədalət, nihali-gülşəni-cud, Şükufeyi-çəməni-lütfü sərvi-baği-kərəm.
Məhi-sipehri-əyalət Əyas paşa kim, Əsasi-mülkdür əndişəsilə müstəhkəm.
Bülənqədr cənabi ki, rə’yi-rövşəninə, Degil dəqayiqi-adabi-səltənət mübhəm.
Müşərrəf eyləməmiş bir onun kimi kamil, Səriri-səltənəti ondan əsbəqü əqdəm.
Vücudi-kamilinə yox nəzir aləmdə, Nə ehtiyac ki, mən söyləyəm, bilir aləm.
Əya büləndnəzər afitabi-övci-şərəf Ki, xəlq rizqinədir dəsti-himmətin məqsəm.
Fəqiri-süfreyi-ən’amın əğniyayi-zəman, Ğəriqi-ne’məti-ehsanın övliyayi-niəm.
Hərimi-dərgəhinə əzm edən fəqirlərə Nisabi-ne’mət ilə fərz olur təvafi-hərəm.
Təqərrübün sənin ol rütbeyi-səadətdir Kim, onda lazım olur qürbi-Həqtəala həm.
Ümid ilə tutalı daməni-ədalətini, Irişməz oldu giribani-mülkə dəsti-sitəm.
Qəza yazanda sənin isminə bəqa mülkün, Qılır ədulərini növki-tiğin ilə qələm.
Bu olmasaydı qərəz, səfheyi-vücudə qəza Sənin ədulərin ismini eyləməzdi rəqəm.
Fəsad tə’nəsin insanə eyləyən mələki, Gər etməsəydi sənin hüsni-siyrətin mülzəm,
Fəsadə qail olub infialdən başın Yuxarı qaldıra bilməzdi bir bəni-adəm.
Təharətü vərə’ü zöhdü təqva ilə müdam Binayi-hüsni-sülukindir ol qədər möhkəm
Ki, bəhri-hiyleyi-Iblis ona gər olsa mühit, Təsəvvür eyləmək olmaz kim, ol bina çəkə nəm.
Gəlib hüzurinə görsəydi pak məşrəbini, Çalardı xiclət ilə cam tövbə daşına Cəm.
Girüb sipahinə olsaydı vaqifi-rəzmin, Təfaxür etməz idi zərbi-tiğilə Rüstəm.
Bu növ ilə ki, zamanində cismi-mülk müdam Bulur həyati-mücəddəd, zəmin-zəman, dəm-dəm,
Vücud hifzini lütfün əgər edinsə murad, Binayi-feyz ilə məsdud olurdu rahi-ədəm.
Müqərrər eylədi gərdün ki, dəhr durduqca, Nihali-qamətini bari-qəmdən etməyə xəm.
Zəmanə üzrə görən sayeyi-ədalətini Rəvamidir ki, edə sayeyi ədaləti kəm.
Şəha, Füzuliyi-zarəm ki, çərxi-bihudəgərd, Salıbdır ayineyi-təb’imə qübari-ələm.
Tənimdə zəxmi-xədəngi-bəla, vəli şadəm Ki, lütfün olsa, bulur cümlə zəxmlər mərhəm.
Ümid var ki, təsxiri-mülki-aləm içün Fəzayi-çərxdə çəkdikcə afitab ələm,
Zaman-zaman yüzünə bağlı qapılar açıla, Nəfəs-nəfəs olub əfzun qapında xeylü həşəm.
Müyəssər ola ki, tövfiqi-fəth ilə tiğin Ola Iraqi-Ərəbdə kilidi-sülhi-Əcəm.
* * *
Lüğət: Rəşki – cinan – cənnətdən gözəl; Bərgi – səmən – yasəmən yarpağı; Abinus – ağac adıdır; Bəqəm – qırmızı boyaq ağacı; Əşcar – ağaclar; Əbr – bulud; Gövhərbar – gövhər yağdıran; Sipehr – göy, səma; Sayə – kölgə; Xürrəm – şad, sevinc; Damən – ətək; Şəb – gecə; Hərarəti – mehr – günəşin hərarəti; Möhməl – nöqsansız hərf; Zəmin – asiman – yer-göy; Əşhəb – boz at; Ədhəm – qara at; Şükufə – çiçək; Xütteyi – Rum – Rum ölkəsi, Kiçik Asiya İ; Sərvər – başçı; Güli – rə’na – qırmızı rəna çiçəyi; Nihali – növrəsi-gülzari-eşq – eşq bağcasının yeniyetmə fidanı; Cud – səxavət; Məhi – asimani-həşəmət – əzəmət göylərinin ayı; Mübhəm – anlaşılmayan, üstüörtülü; Səriri – abi-rəvan – axar suyun səsi, şırıltısı; Əqdəm – qabaq, qədim; Afitabi – sübhi-məşhər – qiyamət səhərinin günəşi; Övci – hüsn – gözəlliyin yüksək zirvəsi; Dəst – əl; Nisab – son hədd; arzu olunan dərəcə; əsas; Qürb – yaxınlıq; Giriban – yaxa; Sitəm – zülm – əziyyət; Bəqa – həmişəlik; Növki – xar – tikan ucu; Hüsni – göftar – söz gözəlliyi X; İnfial – utanmaq; Bəhri – bipayan – ucsuz-bucaqsız dəniz; Məşrəb – xasiyyət, içki qabı; Vaqif – xəbərdar; Rəzm – müharibə, dava; Təfaxür – fəxr etmək, öyünmək; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Məsdud – bağlanmış, qapanmış; Ədəm – yoxluq; Müqərrər – qərara alınmış; Gərd – toz; Dəhr – zaman, dünya, aləm; Bari – giran – ağır yük; Xəm – əyri; Kəm – az; Çərxi – çənbəri – dairəvi səma; Təb – qızdırma; Qübar – toz, kədər; Zəxm – yara; Xədəngi – xunriz – qantökən ox; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Fəzayi – behişti-sürur – şadlıq behiştinin fəzası; Xeyl – dəstə, tayfa; Əcəm – ərəb olmayan