İraq eylə özünü
Dəli könlüm, məhəbbətsiz kişidən Dış eyləyib, iraq eylə özünü. Sevəni sev, sən sevənə ol rəfıq, Sevməyəndən iraq eylə özünü.
Gidi namərd, getsə xidmət bitirməz, Qədir bilməz, mərd bəhasın yetirməz, Bir sirri söyləsən, içdə yatırmaz, Sirdaş olma, iraq eylə özünü.
Xain kişi zər versə də xas olmaz, Haqdan xofu yoxdur, onda rast olmaz, Boynun burub, ərzin desən dost olmaz, Sərxoş olma, iraq eylə özünü.
Sən inanma bu namərdin dilinə, Altın-gümüş, xərac vermə əlinə, Çöldə başın alıb gedər yoluna, Yoldaş olma, iraq eylə özünü.
Məxdumqulu deyər, dava et dərdə, Canım qurban olsun tanıyan mərdə, Ağzı gülüb, qəlbi xain namərdə, Qardaş olma, iraq eylə özünü.