Əsas məzmuna keç

Heca şeiri

İnsandan küsmə

Zəlimxan Yaqub

1

Yer üzündə günah qalmaz, Vədəsində günahını Hamı etiraf eyləsə. Dinsizlər bir dinə gəlib, Bir azca insaf eyləsə. Nahaq haqqı əyə bilməz, Tərəzini tutan kəslər, Gözünü sərraf eyləsə. Dünya könül bulandırmaz, İnsan oğlu öz işini, Büllur kimi saf eyləsə. Küsmə insandan, Allahım, Vaxt dəyişib xislətini, Onu bir əclaf eyləsə.

2003, 13 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.