İnsan öldü
İnsan öldü! Qəbiristanın qəbir payı. İnsan öldü! Bir məzarın artdı sayı. İnsan öldü! Bir nöqtədə qoydu həyat. İnsan öldü! Dondu fikir, sındı qanad. İnsan öldü! Baltalandı kökü onun. İnsan öldü! Yüngülləşdi yükü onun. İnsan öldü! Ölüm köhnə, ölüm təzə. Nə ad verək, Ey insanlar, Ölüm adlı dilbilməzə!