Əsas məzmuna keç

Sərbəst şeir

İnsan nəfəsi

Zəlimxan Yaqub

1

Qurumasın bulaqların gözü, Solmasın çiçəklərin yanağı, Susmasın dərdlərin nəğməsi! Büdrəməsin şairin qələmi, Qırılmasın rəssamın fırçası, Tükənməsin alimin mürəkkəbi, Sınmasın ümidin qanadı, Sönməsin ürəyin həvəsi! Qələmin, dəftərin yaraşığı, Fırçanın, əsərin yaraşığı, Dərdin-qəmin, toyun-yasın, Sevincin, kədərin yaraşığı, Külli-kainatın yaraşığı, Yaşasın insan eşqi! Var olsun insan nəfəsi!

1996, 10 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.