Əsas məzmuna keç

Heca şeiri

İnsan darıxanda

Zəlimxan Yaqub

1

İnsan darıxanda həmdəm axtarır, Ona lazım olan hava, su kimi. Sərinlik istəyir sinədə ürək, Havalı dağların havası kimi.

Necə istəyirsə yananda torpaq, Göylərin şıdırğı yağışlarını, İnsan darıxanda elə istəyir Düzün çiçəyini, dağın qarını.

İnsan darıxanda gələn olmasa, Ahlar başı üstə tüstüyə dönər. Təngiyər nəfəsi, kəsilər səsi, Ümidi qırılan xəstəyə dönər.

Xoşum gəldi sözündən, Təmiz dedin, az dedin. Qəlbindən qan axsa da, Kişi ağlamaz, dedin.

1972, 8 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.