Əsas məzmuna keç

Qoşma

İnsan

Zəlimxan Yaqub

1

Dağa da, düzə də salır meylini, Gah sağa, gah sola burulur insan. Yoxuşu qalxanda çoxalır gücü, Enişi enəndə yorulur insan.

Nədir axtardığı, hardadı, harda, Alışır istidə, üşüyür qarda. Baxıb varlığına ayna sularda, Qaynar bulaq kimi durulur insan.

Gəzir dərinliyi, tapır incini, Bölür insanlarla öz sevincini. Elə ki, dərindən alır dincini, Həyata təzədən vurulur insan.

1975, 18 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.