Əsas məzmuna keç

Sərbəst şeir

İnsan

Zəlimxan Yaqub

2

İnsanı qoysalar insan olmağa, İnsanı qoysalar özündə qalmağa, İnsan özünün olsa, Özünə qayıda bilsə, Kökünə tapına bilsə, Vaxtında yağışı yağsa, Vaxtında toxumu səpilə bilsə, Gülüş istəyəndə gülə bilsə, Öpüş istəyəndə öpülə bilsə, İnsan peyğəmbər olar, Şah olar, Allah olar. Yox, insana Allah demək günah olar. Sevər, sevilər, Hamıyla bir ürək, bir can olar. İnsanı qoysalar yaşamağa, İnsan elə əsl insan olar!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.