İnsaf
Zərif adamların nur kimi çağlar İnsaf üzərində, barış qanında. Solan yarpağı da yaş töküb ağlar, Ruhuna toxunmaz qarışqanın da.
Can atdım dəftərə, qələmə, saza, Silaha, tüfəngə can atmamışam. Kimisə, nəyisə verib güdaza, Bir quş dimdiyi də qanatmamışam.
2000, 13 sentyabr