Əsas məzmuna keç

Qoşma

İnildər

Məxdumqulu Fəraqi

1

Ey yaranlar, müsəlmanlar, Ürəyimdə dərd inildər, Bir bay oğlunun əlində, Şətrənc ilə nərd inildər.

Gəlib-getmə bundan namərd, Ağlın çaşar, olarsan mat, Bülənd dağda yaxarlar ot, Quru yanar, sərt inildər,

Qız gördüm türkmən köçündə, Müşkü ənbər var saçında, Yaylada, ilxı içində, Qulan, dayça, at inildər.

Məxdumqulu, sözüm haqdır, Haq sözə can verən yoxdur, Qoç igiddə oğul yoxdur — Ocaq itər, yurd inildər.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.