Əsas məzmuna keç

Qoşma

İndi

Məxdumqulu Fəraqi

1

Səf tutuşub, heybət atar tülkülər, Arlı pələng, ölər olsan, öl indi. Arif olub, məst olubdur “bilgələr”, Alim molla, bilər olsan, bil indi.

Çılpaqlar geyinıb, açlar doyubdur, Qarun tövbə edib, felin qoyubdur, Nadan: «Quran bunu deyər»... deyibdir. Quran, savaş salar olsan, sal indi.

Bir söz ilə yanan bağrım yandırdın, Ciyərdən ayırdın, beldən sındırdın, Üz görkəzməz, xoş söz ilə qandırdın, Nazli yarım, gələr olsan, gəl indi.

Məxdumqulu çaşıb, lala dönübdür, Yandı təni, canı, külə dönübdür. El içində adı qula dönübdür, Xoca, seyid, bilər olsan, bil indi.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.