İndi
Mikayıl, sən tanı qoca babanı, Kəm ağlın nə kəsir bu toydan indi?! İrazı olmurdun sazı çalmağa, Döşə bozartmadan, piloydan indi.
Bəlkə Qayım ağa düz eyləyirdi?! Artırıb dərdimi yüz eyləyirdi. Dinmirdim, qəlbimi köz eyləyirdi, Ancaq ki qurtardım aloydan indi.
Mərd adam görəndə ər kimi tanı, Dolandır gözünü, hər kimi tanı, Ustan Ələsgəri nər kimi tanı, Sanasan açıldı ciloydan indi.