İncimərəm
İstər dara çəkdir, istər qul eylə, Qoymuşam əmrinə qol, incimərəm. Həsrətindən Məcnun oldum səhrada, Alırsan canımı al, incimərəm.
Həsrətindən saralıban solanam, İzin versən, yar, başına dolanam, Əlli yol çapılam, yüz yol talanam, Bir şey deyil dövlət-mal, incimərəm.
Ələsgərəm, yandım eşq ataşında, Gözüm qaldı kirpiyində, qaşında. Qazdır məzarımı çeşmə başında, Sal sinəm üstündə yol, incimərəm.