Əsas məzmuna keç

Heca şeiri

“incəgülü”

Zəlimxan Yaqub

1

“İncəgülü” çalındı, Bir səs gəldi incədən. Sanki, gülab süzüldü, Təzə açmış qönçədən.

Düşdüm yolun ağına, Dərəsinə, dağına. O səsin sorağına, Keçib getdim Gəncədən.

İncə dərəsində yaz, Aşıq Avdı, bir də saz. Ağlı olan ayrılmaz, Bu şirin düşüncədən.

2002, 24 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.