Əsas məzmuna keç

Qoşma

İmzala fərmanı

Zəlimxan Yaqub

1

Bu ağrı nə qədər çəkəcək görən, Beş ilmi, on ilmi, yüz ilmi, Allah. Ucuz ölümünü nə baha satdın, Mənə nə çox gördün bu zülmü, Allah.

Ver şələ-şüləmi, yola sal məni, Bağla barxanamı, yığışdır gedim. Onsuz da dünyaya mən sığışmadım, Məni bir tabuta sığışdır, gedim.

Səbrin sərhədini itirir insan, Demə ki, səbir eylə, səbir yaxşıdı. Ağrılar üzünü bozardan zaman, Vallah, çarpayıdan qəbir yaxşıdı.

Bir ömrü nə qədər xərcləmək olar, Gah toya paylandı, gah vaya getdi. Böyük arzuları döndərib külə, Göylərə sovruldu, havaya getdi.

Qoyma üzülməyə, qoyma sınmağa, Görsün öz işini ölüm, qurtarım. Onsuz da mən sənə qovuşmalıyam, İmzala fərmanı, gəlim, qurtarım.

2010, 6 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.