Əsas məzmuna keç

Heca şeiri

İlhamın

Zəlimxan Yaqub

2

O gələndə soruşmur, Varmı yazıb-pozanın. Gəlişində bahar var, Qənimidir xəzanın. Sinəsində tufanı Nəğməkarın, ozanın. Dəniz kimi qabarıb Coşması var ilhamın.

Şirin sözü dolanar Obaları, elləri. Ona nəğmə bəstələr Duyan qəlbin telləri. Dəyişdirər səmtini, Dilə tutar selləri, Bayatısı, laylası, Qoşması var ilhamın.

Ney yandırar, saz tutar, Kaman çalar, tar tutar. Əsirgəməz varını, Nə qüdrəti var, çalar. İnamı sal daşları, Sinəsindən parçalar. Ən vüqarlı dağları Aşması var ilhamın.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.