Əsas məzmuna keç

Qoşma

İləni

Məxdumqulu Fəraqi

1

Bülənd dağların başında Bulud oynar sel iləni. Qoç igidə toy-bayramdır Hər iş gəlsə el iləni.

Yaz ötəli yay olubdur, Altın, gümüş zay olubdur, Milçək haçan tay olubdur Uğraşanda fil iləni?

Otlağa qaçar buzovlar, Önün başlar yaxşı gavlar. Tanınar xəstə bədəvlər, Köhnə, yırtıq çul iləni.

Haram işdən qaçar pirlər, – Tülkü hiyləsindən şirlər, Yediklərin olar hədər, Quymaq yesən qıl iləni.

Haq bəndəsi haqqa qoşar, Yaman öz felindən tapar, Məxdumqulu, aybın yapar Aş, qılıncü dil iləni.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.