Əsas məzmuna keç

Gəraylı

İldırım

Zəlimxan Yaqub

1

Min bir yerdən yarğan açdı, Torpağa hopan ildırım. Yardı yerin sinəsini, Buluddan qopan ildırım.

Yaxınları araladı, Bütövləri paraladı. Neçə palıd yaraladı, Qayadan sapan ildırım.

Gecə ötdü, dan oxudu, Havası qan-qan oxudu. Dağlara meydan oxudu, Daşları çapan ildırım.

Canımda bir qorxulu ah, Açılmaq bilmir sabah. Heç kəsi vurmasın, Allah, Şairi tapan ildırım.

2006, 11 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.