İldırım
Şimşək elə çaxdı, deyirsən bu an Yer göyün odunda bişəcək indi. Qopub Yaradanın ucalığından, Göy Yerin üstünə düşəcək indi.
Çaxışında ölüm, qəzəbində qan, Dəyir qayalara, sıldırımlara. Bəlkə, narazıdı ulu Tanrıdan, Göylər də dar gəlir ildırımlara!
2004, 29 iyul Truskavets