İlahi bil sevgini
Ay eloğlu, daşı hara atırsan, İşlərimiz daş atmaqla düzəlməz. Öz əlindi, öz daşındı, öz başın, Bərk atmaqla, boş atmaqla düzəlməz.
Tanımasan namərdini, mərdini, Tapammasan çarəsini, dərdini, Yüz də oyna bu dünyanın nərdini, Şeş atmaqla, beş atmaqla düzəlməz.
Ömrümüzün dərəsi var, diki var, Çiynimizdə qayğıların yükü var, Doğrunun da, yalanın da kökü var, Kəllə vurub, baş atmaqla düzəlməz.
İlahi bil, Yaradan bil sevgini, Evlər yıxar dəvə kini, div kini. Kim dedi ki, bir bu qədər sev kini? – Dünya, kini yaşatmaqla düzəlməz.
2003, 24 noyabr