Əsas məzmuna keç

Heca şeiri

İki fəsil

Zəlimxan Yaqub

1

Ömrümüzdə güllü fəsil başlanır, Gözlərimiz gözəl yaza baxanda. Çiçəklərin bir-birinə göz vurub, Eylədiyi şirin naza baxanda.

Sərt ağrılar qəlbimizə tuşlanır, Bostanımız yavaş-yavaş daşlanır, Ömrümüzdə qəmli fəsil başlanır, Kövrək-kövrək bir payıza baxanda.

2004, 21 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.