Əsas məzmuna keç

Qoşma

İki dünyanın sultanı

Məxdumqulu Fəraqi

1

Ey yaranlar, müsəlmanlar, İki dünyanın sultanı Ruzi-əzəldə yaratdı Rəsul cəsədində canı.

Yerdə Musanın Turundan, Göydə behiştin hurindən, Yaratdı rəsul nurundan Ay-günü, yer-asimanı.

Arzu edib gül rüxsarın, Gəzdim dağında əbrarın, Sorağını salıb yarın, Gəşt etdi könlüm dünyanı.

Ağlım heyran olub çaşdım, Axır bir ərə sataşdım, Altmış altı dağdan aşdım, Keçdim on iki dəryanı.

Məxdumqulu, biqərarsan, Bu nə oddur, sən yanarsan, Sən hər zaddan çox kənarsan, Bilməzsən xeyri-ziyanı.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.