İki dövlət, iki tale
Məğlub olmuş dövlətə bax, Almaniya! Qalib gəlmiş dövlətə bax, SSRİ! Birincinin adı bu gün ön cərgədə, İkincinin qarışıqdı göyü, yeri! Birincinin addımları məğrur, mətin, İkincisi caynağında səfalətin. Birincisi bölünmüşdü iki yerə, Bütövləşdi bir can oldu. İkincisi “sarsılmayan” bir qalaydı, Uçdu, yerlə yeksan oldu! Vaxtın hökmü dediyini yaman dedi, Qalib kimdi, məğlub kimdi, Son sözünü zaman dedi!