Əsas məzmuna keç

Varsağı

İçmişəm bir dolu, olmuşam ayıq

Şah İsmayıl Xətai

1

İçmişəm bir dolu, olmuşam ayıq, Düşmüşəm dağlara, olmuşam geyik, Sənə derəm, sənə, sürməli keyik, Qaçma məndən, qaçma, avçı deyiləm.

Avçı deyiləm ki, düşəm izinə, Qaça-qaça qanlar endi dizinə. Sürmələr hey çəkdin qonur gözünə, Qaçma məndən, qaçma, avçı deyiləm.

Sənə derəm, sənə, geyik ərənlər, Bizə sevda, sənə dalğa verənlər, Dilərəm mövladan yenməz vuranlar, Qaçma məndən, qaçma, avçı deyiləm.

Aydır Şah Xətayim: – Uçan-qaçandan, Zərrəcə qorxmarıq bu dadlı candan, Gedib də’vaçı olma atana məndən, Qaçma məndən, qaçma, avçı deyiləm.

Lüğət: Keyik – maral; Mövla – ağa, yiyə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.