İçində çək bu dərdi
“Dərdim, odum var”, – deyib, Haylama, haraylama. İçində çək bu dərdi, Heç bir kəsə paylama.
Söykə qəmli başını Bir divarın daşına. Qəlbindən keçənləri Söyləmə sevgilinə, Danışma qardaşına.
Hamıya vermir Allah, Dərdi çəkənə verir. Sevdiyinə Yaradan Dərddən başqa nə verir, İçində çək bu dərdi.
Min dərdin əvəzidi, Baxma ki, birdi dərdin, Sirri Allah açmayıb, Sən açma, sirdi dərdin. Torpaqdı son əlacı, Sonu qəbirdi dərdin, İçində çək bu dərdi.
Son dəfə ah çəkəndə, Ahından haqq biləcək. Bilən bircə sən idin, Bir də torpaq biləcək, İçində çək bu dərdi.