İçində
Fikir qıldım yer-göyü Ağılsız can içində. Gördüm can da «Allah!» der, Ət, sinir, qan içində.
Gedər yolun bilməsən, Doğru yola gəlməsən, Haqqı yada salmasan, Qaldın ərman içində.
Yerdən çıxan nəbatlar, Qızıl güllər, göy otlar, Qafil adam, bu zadlar, Külli fərman içində.
Nəfsin deyər: «Xoş olsam, Göyçəklərə tuş olsam, Yesəm-içsəm, xoş olsam, Yatsam eyvan içində».
Könül, sən bir bazarsan, Hər işə bir qızarsan, Dönsəm deyər, gəzərsən, Cürmi-üsyan içində.
Yayılar qanad-pərlər, Xub açılar dəftərlər, Bir bölük kəbutərlər, «Hu!» der xırman içində.
Bülbül deyər: «Keşiyəm, Bahara gözləşiyəm, Gülzar üçün aşiqəm, Baği-bostan içində»
Aşiq deyər: «İlləllah!» Qarışqa «Əlhəmdülillah!»
Ləylək oxur: «Qulhuvallah!» Xənnan-mənnan içində.
Yarasa der: «Ya mövla, Saldın məni bu yola, Vermə ay, günə, yelə, Saxla pünhan içində!».
Ənqa deyər: «Yolçuyam», Hophop deyər: «Elçiyəm, Süleymana savçıyam Yalan cahan içində».
Tərlan qalıb heyrana, Heyran baxıb hər yana, Turac çıxıb seyrana, Gəzər dövran içində.
Durna der: «Pər açaram, Bağdad suyun içərəm, Qış Hindistan köçərəm, Laləzaran içində».
Bayquş deyər: «Dərdim var, Təsbehim var, virdim var, Viranədə yurdum var Zari-giryan içində».
İsaq deyər: «Fəqirəm, Qulluğumga həqirəm, Haqq yadını oxuram, Şam-şəbistan içində».
Musaq der: «Gedərəm, Gəldim, bildim – ötərəm, Üç ağacı çataram, Orda, viran içində».
Laçın deyər: «Coşumdan, Məst oldum öz huşumdan, Qaldım tanrı işimdən, Bəndi-zindan içində».
Turac dili sənada, Ördək dili duada, Qazlar qalxıb havada, Gözü ümman içində.
Qumrular avaz ilən, Tavus işi naz ilən, Kaknus quş min saz ilən, Şol Hindistan içində.
Tuti quşlar razlaşıb, Əmri-haqqı gözləşib, Adam dilin sözləşib, Gəzər insan içində.
Turqay həzar yiyəm der, Əcaib xoş əyyam der, Duzəx odu haram der, Axır zaman içində.
Bilməz fələyin fərcin, Yeldir, tutmuş göy bürcün, Bir bölücük göyərçin «Hu!» der xırman içində.
Geyik deyər: «Ağlaram, Haqqa sidqim bağlaram, Balalarım dərdindən, Ürəyim qan içində».
Qurd deyər ki: «Üzərəm, Hardan olsa keçərəm, Rizqim arar, gəzərəm Çöl-biyaban içində».
Yeddi yer olmuş bina, Hər zat oxur bir səna, Otlar həm der: «Rəbbəna!» Novruz-varan içində.
Məşhər günü əlindən, Xəbər verlər halından, Qayıt yaman yolundan, Gördün fürqan içində.
Ümidli ol Yusif tək, Səbrli ol Əyyub tək, Gər uğraşsan Yaqub tək, Dərdi-Kənan içində.
Nəfsim deyər: «Xoş eylə, Cami-cürə nuş eylə, Kərəminə tuş eylə, Hər an divan içində».
Məxdumqulu, özünə Bax, yaş gətir gözünə, Əməl elə sözümə Yaru yaran içində.