Əsas məzmuna keç

Gəraylı

İçimdə sızlayan arı

Zəlimxan Yaqub

2

Doğradılar pətəyini, Soldurdular çiçəyini, Sındırdılar ürəyini, İçimdə sızlayan arı.

Daha sənin balın olmaz, Bal süzməyə halın olmaz, Uçmaq üçün yolun olmaz, İçimdə sızlayan arı.

Qədər gözlə, yazı gözlə, Gözlə, ərki, nazı gölə, Hələ qışdı, yazı gözlə, İçimdə sızlayan arı.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.