İçi parıldasın gərək adamın
Ən zərif duyğular ürəkdən gəlir, Ürək sevinməsə, üz gülər olmur. Qəlbin işığıdı gözdə görünən, İçərdə nur yoxsa, göz gülər olmur.
Qəlbin genişdirsə, saraydır damın, Aydır çilçırağın, Günəşdir şamın. İçi parıldasın gərək adamın, İnsanı parladan güzgülər olmur.
Vaxtsız ürəyimi qoydum sapanda, Sevinci itirdim qəmi tapanda. Ürək sındıran da, könlü yanan da, Özümüz oluruq, özgələr olmur.
2000, 13 mart