Əsas məzmuna keç

Qoşabeyt

Hünəri çatmaz

Zəlimxan Yaqub

2

Neçə ağır sınaqdan, imtahandan çıxmışam, Dizimi qatlamağa yaşın hünəri çatmaz.

Töycü töküb, tor qurub, başlar baş aparsa da, Başımı aldatmağa başın hünəri çatmaz.

Yedirsələr də mənə “zəhərlə bişmiş aş”dan, Ruhumu öldürməyə aşın hünəri çatmaz.

Sevgi zirvələrindən sinəmin sipəri var, Qəlbimi sındırmağa daşın hünəri çatmaz.

2004, 31 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.