Əsas məzmuna keç

Qoşma

Hindistanda xəyalım

Məxdumqulu Fəraqi

1

Haqq uğrunda qurbandır, Canım, dövlətim, malım. Könül yola rəvandır, Hindistanda xəyalım.

Ağlar gözüm yaş etdim, Könül içrə nəxş etdim, El-günümə bəxş etdim Zəban içində balım.

Durdum adam sanında, Qaramatın yanında, Bir qardaşsız, fanidə Necə olar əhvalım.

Ol peykəri harayım, Bəxş qıldım sarayım, Puş eylədim, gör, ruyim, Götürüb mən dəsmalım.

Yürdüm cəbr köyündə, Yandım eşqin öyündə, Qaldı zəmin teyində Daim verilən felim.

Canım atəşə saldım, Nar içində mən qaldım, Eşqdən yaralı oldum, Loğman sorammaz halım.

El üzünə gülmüşəm, Güldüyümü bilmişəm, Yar önünə gəlmişəm, Nədir mənim dəlilim.

Fani-cahan içində, Peykan kaman içində,

Məcnun ümman içində Qərq olmuş köhnə salım.

Bir pəriyə xiridar, Bu canım ona nisar, Dedim yara: «Ərzim var» Unutmuşam sualım.

Mənli cana od salar, Odu cismimdə qalar, Məxdumqulu, utanar, Mənim sahibcamalım.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.