Əsas məzmuna keç

Qəsidə

Həzar şükr ki, yar oldu ruzigarə qəza

Məhəmməd Füzuli

1

Həzar şükr ki, yar oldu ruzigarə qəza Ki, qalmamış onun islahə ehtiyaci daha.

O kəs ki, eyb tutardı həmişə, xar oldu, Işində çəmxəm edən çərxin halı oldu fəna.

Səadətin ətəyindən yapışdı yə’sin əli, Aman selində tamah atəşi tapıb mə’va.

O dövr keçdi ki, bu hoqqabaz fələk hər gün Min hoqqanı açaraq, əlli min oyun çıxara.

Təbəddülat qapısı öylə kim, qıfıllanmış, Çətin zəmanə təqazasının kilidi aça.

Kələklər hoqqasını eylə ki, fələk qapamış, Çətin ki, hadisələr bir xələl yetirsin ona.

Silindi fitnə tozu güzgüsündən afaqın, Fəsadü şərridən asudə oldu bu dünya.

O dəm yetişdi ki, dövran muradına çatsın, Bəzəndi, oldu bu dünya behişt tək ziyba.

Dünən bu fikrilə kim, şübhəmi edim zail, Zəmanə halını oldum bu tərz ilə cuya

Ki, ey zəmanə, rəvacın yox idi keçmişdə, Nizamının neyi saz eyləməzdi böylə nəva.

Sənin ki, müşkül idi ruzigarın, ey dövran, Kimin kəraməti bu mö’cüzü edib peyda?

Kimin ədalətinin nəqşi aləmi bəzədi, Hanı o nur ki, vermiş çiraği-ədlə ziya?

Cəvab verdi ki: bu, sayəsindədir o kəsin Ki, hər cəhətdən olub fəzli, rütbəsi vala.

Xuda vücudunu hifz eyləsin Əyas paşanın Ki, xəlqə lütf, cəhanə abadlıq etmiş əta.

Cəmali-bəxti veribdir bu ölkəyə rövnəq, Necə ki, Qəznəyə vermiş Ayaz hüsnü səfa.

O kəs ki, izzət ilə asitanın öpmək üçün, Hicaz yolçuları mənzil eyləmiş orada.

O asitanını öpmək, özü ibadətdir, Kim öpməmişsə, namaz tərkinə verib fitva.

Düzülmüş astanasında bəzəkli düymə kimi O başları ki, qoyub xaki-payinə nücəba.

Həqiqət əhlidir əhvalının bəyanində, Məcaz əhli ola rə’y söyləməz əsla.

Kəfil olub o qədər ruziyə onun kərəmi Ki, əl çalışmaq üçün düşməz heç kəsin yadına.

Əl ondan ötrüdür hər sübhü şam xaliqdən, Uzun ömür diləsinlər ona, edəndə dua.

Zəfər həmişə sənin qul kimi dalınca gedər, Hüdudsuz kərəmin hökmünü edər icra.

Salınca heybətini yadə düşmənin qəlbi Kül oldu sinədə, bir qəlp pul kimi butada.

Həlaki cövşəninin halqasındadır xəsmin, Qızıl quşun döşü xatırladır ölüm turaca.

Çəkibsə bayrağını hansı ölkəyə rə’yin, Zəmanə tabe edibdir o mülkü bayrağına.

Fələk nədir ki, edə e’tiraz bir anlıq O hökmə kim, sən onu görmürsən bir işdə rəva.

Səfər səməndinə sən əzm ilə yəhər qoycaq, Yetişdi xəsm qulağinə çərxdən bu səda:

Ki, ey gəzib dolanan vəhşilər kimi qafil, Yetər ki, keçdi sizin kamınızca bu dünya,

Qaçın, çıxın aradan, seyd üçün gəzər şahin, Görünməyin gözə, şəhpər açıb uçar ənqa.

Mənim gözümdə sənin düşmənin zəif bir quş, Sən isə ərseyi-qüdrətdə şahbazi-qəza.

Məqamı yüksək ağam, ol Füzuliyi-zarəm Ki, daima yazaram mədhlər sənin adına.

Bəyanə hacəti yoxdur bu gizli qəmlərimin, Gözüm yaşı üzümə dərdimi edib inşa.

Yəqin ki, lütfünü məndən əsirgəməzsən sən, Vəli, nə fayda, yarandım əzəldə bəxti qara.

Mən arizu edərəm ki, zəmanə ötdükcə, Ömür ipini kəsib doğradıqca sübhü məsa,

Zəval axşamı qaçsın kəmal sübhündən, Səadətin əbədi olsun, ey Əyas paşa!

* * *

Lüğət: Həzar – min; bülbül; Xar – çox möhkəm daş, mərmər daşı; Çərxi – çənbəri – dairəvi səma; Atəşi – bim – qorxu odu; Afaq – üfüqlər; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Peyda – zahir, aşkar olmaq; Çiraği – məclisi-ğilmanü şəm’i-məhfilihur – qılmanlar məclisinin çırağı, hurilər yığıncağının şəmi D; Vala – yüksək, uca; Əta – bəxşiş; Xaki – tirə – qara torpaq; Əhli – raz – sirr əhli, sirdaş; Ruzi – həşr – məhşər günü; Şam – axşam; vilayət adı; Xəsm – düşmən; Seyd – ov, şikar; Ənqa – Simurğ quşu; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Ariz – yanaq; Məsa – gecə

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.