Heyrandadır-heyranda
Aşiqlər haqq eşqində, Heyrandadır-heyranda. Gözlər zəəf içində, Giryandadır-giryanda.
Qıldı ona haq rəhmət, Nuri-təcəlli qüdrət, Xirqə geyən Xoca Əhməd Sayramdadır-Sayramda.
Yerdən çıxan ağaclar, Dili sənalı quşlar, Sübhan sevən dərvişlər Dövrandadır-dövranda.
Ayıl, aşığım, ayıl, Məcnun ol, xalqa yayıl, Xəlil oğlu İsmayıl Qurbandadır-qurbanda.
Tur dağında duranlar, Neçə qaib ərənlər, Camalını görənlər Fərmandadır-fərmanda.
Dolduran bu dünyanı, Sözlə iki cahanı, Külli işin bəyanı Qurandadır-Quranda.
Məxdumqulu, aç dillər, Qulluq et aylar, illər, Ertə qulluqsuz qullar Ərmandadır-ərmanda.