Heyif sənə, şeirim mənim
Möminlərin dodağında oxunmasan dua kimi, Gedib haqqa yetişməsən qəlbimdəki ziya kimi, Heyif sənə, şeirim mənim!
Baldan şirin nemətlərtək dərilməsən budaqlardan, Nur almasan baxışlardan, dad almasan dodaqlardan, Heyif sənə, şeirim mənim!
Zərbələrin sərt olmasa mərmi kimi, qurşun kimi, Nəfəsində güc olmasa ordu kimi, qoşun kimi, Heyif sənə, şeirim mənim!
Səni yazan mürəkkəbə, səni yazan vaxta heyif, Şöhrət adlı ucalığa, şahlıq adlı taxta heyif, Talelərə nur saçmasan şairdəki baxta heyif, Heyif sənə, şeirim mənim!
2009