Əsas məzmuna keç

Gəraylı

Heyif sənə, gözəl dünya

Zəlimxan Yaqub

1

Sənə lap yazığım gəlir, Heyif sənə, gözəl dünya. Dərdin yığın-yığın gəlir, Heyif sənə, gözəl dünya.

Belə deyildin əzəldən, Gözəl idin hər gözəldən. Ölüb dünyanı düzəldən, Heyif sənə, gözəl dünya.

Fırlatdılar, hərlətdilər, Yorta-yorta çərlətdilər. Çirkab atıb kirlətdilər, Heyif sənə, gözəl dünya.

Pis yaxşını ram eylədi, Halalı haram eylədi. Çirkinlər bayram eylədi, Heyif sənə, gözəl dünya.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.