Heyif ki
İnsan ürəyindəki ümidə bax, eşqə bax, Yumruq boyda ürəkdə dünya boyda səs yaşar. İnsanı ulduzların cərgəsinə qaldırar, Tükənən bir ömürdə tükənməz həvəs yaşar. Heyif ki, can atırlar dinəni susdurmağa, Hər bülbülün yanında dəmir bir qəfəs yaşar. Heyif ki, uçanları süründürən zaman var, Azadlıq deyənlərin yolunda məhbəs yaşar!