Əsas məzmuna keç

Sərbəst şeir

Həyat

Zəlimxan Yaqub

1

Aşağı bir həyatdı, Yuxarı bir həyatdı. Suyun gözü bir həyat, Axarı bir həyatdı. Tərəqqi də həyatdı, Tənəzzül də həyatdı. Təzə açan çiçək də, Solan gül də həyatdı. Nəğməli beşik həyat, Sükutlu məzar həyat. Dağın zirvəsində də, Dərənin dibində də, Var yaşayış, var həyat. Həmi şəkərdən şirin, Həm də zəhərdən acı. Şirini, acısıyla Başımın qızıl tacı! Bu ulu şirinliyə Kim çatmaya, kim çata. Günəşli gündüzləri Qalsın hələ bir yana. Nəmli zindanlarda da Qurban olum həyata!!!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.