Əsas məzmuna keç

Qoşma

Hey

Məxdumqulu Fəraqi

1

Qismət ola, gedəm uzaq yollara, Nəsib qoymaz, gedər yolum bağlar, hey. Heyran-Məcnun olub, çıxam çöllərə Varıb, məskən tutam sizi, dağlar, hey.

Oyun ilə gəncliyimin dəmindən, Ötdüm, gəldim kamilliyin çəmindən, Könlüm lərzan oldu dünya qəmindən, Tutdu sinəm çalın-çarpaz dağlar, hey.

Yavaş-yavaş gəncliyimin rayından, Yetib gəldim kamilliyin payından, Batdı başım, çıxa bilməm layından, Yada düşər ötüb keçən çağlar, hey.

Cavanlıqda dörd tərəfə axışan, Cahillikdən hər bir işə qarışan, Aciz qalıb, qocalığa yetişən Öz-özündən dərd edibən ağlar, hey.

Məna anla Məxdumqulu sözündən, Fikrə düşər, yaşlar axar gözündən, Həmmə zatlar təğyir tapar özündən, Ya rəb, yıxılmazmı böyük dağlar, hey.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.