Həvəsidir
Adəm oğlu, fikrin-zikrin Bu dünyanın həvəsidir. Hazır bu fikrə gedərsən, Bir gün dərdə qoyasıdır.
Bir gün girər yerə başın, Unudar qohum-qardaşın, Namazın, rövzən yoldaşın, Bir də dilin sənasıdır.
Dolaşaraq sağda, solda — Şeytan yol kəsər bu yolda, Ərkli Quran belə halda Şəriətin qalasıdır.
Bu cahanın sərmayəsi, Rizq səbəbi, haq sayəsi, Yer dirəyi, göy payəsi, Dərvişlərin duasıdır.
Keçər ömür, ötər bu dəm, Sən gedərsən qədəm-qədəm, Fili tora salan adam Səni çiy-çiy yeyəsidir.
Dağlar vardır, daşlar vardır, Yazlar vardır, qışlar vardır, Yaman-yavuz işlər vardır, Başa gələn duyasıdır.
Məxdumqulu, eşq meydandır, Bu meydana girən candır, Canın bu təndə mehmandır, Verən bir gün alasıdır.