Həva ərayisi-gülzarə oldu çehrəgüşa
Həva ərayisi-gülzarə oldu çehrəgüşa, Bahar gülşənə geydirdi hülleyi-xəzra.
Çəmən əyalətinə oldu nəsb xosrov gül, Həvayə əbrsifət hökmün etməyə icra.
Yazıldı səbzeyi-novxizdən xəti-ehkam, Çəkildi sayeyi-mətbu’i-sərvdən tuğra.
Səriri-abi-rəvanü səfiri-mürği-çəmən Nükati-təhniyeyi-məqdəm etdilər inşa.
Zəbani-susəni-azadü səbzeyi-novxiz Sənayi-rif’əti-iclalə oldular guya.
Şəqayiq alnı zəminbusdən olub məcruh, Bənövşə qaməti oldu təvazö’ ilə düta.
Mürəttəb eylədi bir bəzm gülşən içrə bahar Ki, verdi zövqi-tamaşası nəş’əyi-səhba.
Ənadil etdi bəyani-məratibi-nəğəmat, Qumari oldu təranəkəşü sürudsəra.
Sədayi-mürğ buraxdı büzürgü kuçikə şövq, Sürudi-ab ilə üşşaqə hasil oldu nəva.
Bilindi qönçədə gül bərgi zahir olmaq ilə Ki, qönçə başinə yağdırdı jalə səngi-cəfa.
Cərahət olmasa ə’zadə zahir olmaz qan, Tərəşşöh eyləməz əlbəttə sınmadan mina.
Hümayvəş vərəqi-yasəminü bərgi-səmən Uçub həvayə gülüstanə düşdü zilli-hüma.
Bahar taciri Misri-çəmən qənilərinə, Buraqdı Yusifi-gül ərz eyləyib qovğa.
Bu zövq saldı Züleyxayi-laləyə bir şövq Ki, lə’lü müşk töküb, verdi ağırınca bəha.
Hədiqə təxteyi-tə’lim olub rəyahindən, Yazıldı möhməlü mö’cəm ona hürufi-həca.
Müzəyyən eylədi övraqi-laləyi şəbnəm, Hürufi-lalədə olmaz əgərçi nöqtə rəva.
Götürdü şəbnəm əzhardən hərarəti-mehr, Şükufə nöqtələrin gərçi hökm edər imla.
Dəbiri-bad verib tifli-əndəlibə səbəq, Götürdü çöhreyi-əzhardən niqabi-xəfa.
Qamu dirəxt bulub rəf’i-istiqaməti-hal, Şükufə həmli ilə kəsr buldular, illa
Nihali-bibədəli-sərv kim, qalıb mənsub, Səbati-hal ilə onlardan oldu müstəsna.
Sədayi-seyl çəkər məddi-müttəsil, yə’ni Ki, məddi-müttəsil ilə olur, qiraəti-ma.
Göründü hey’əti-abi-rəvanda şəkli-hübab, Sübutə yetdi səbati-nücumü seyri-səma.
Xütuti-müxtəlifü müstəqimi ənharın Çəməndə saldı zəvayayi-gunagun bina.
Riayəti-türüqi-müstəqimdən, necə kim, Olur hüsul məqamati-cənnətül-mə’va.
Həvayi-bağidən etdim bu hikməti mə’lum Ki, e’tidaldədir sihhəti-həvasü qüva.
Fəzayi-gülşəni əhzar ilə görüb məmlu, Yəqinim oldu ki, mümkün degil vücudə xəla.
Nəzərdə olmaq ilə sübhü şam, qönçəvü gül Bədihi oldu kəmal əhlinə hüsuli-səfa.
Nəticə salibə olmaq xilafi-adətdir, Olunca mövcibi-süğrayə müttəfiq kübra.
Zəmiri-gülbünə gül rəngi saldı atəşi-bim Ki, hümrə qanə olur nəfs evində rahnüma.
Gül atəş üzrə qılır iqdi-zöhreyi-şəbnəm, Tədarüki-qəmərü şəms edər səbahü məsa.
Bu kimiya səbəbindən əcəbmidir olsa, Əlində daneyi-ərzən məsabəsində tila.
Şükufə siminə fərz eylədi xüruci-zəkat, Mədari-hövlü büluği-nisabi-istinma.
Hüquq dəf’i üçün əğniyayi-əşcarə, Səhayifi-çəmən oldu əyadiyi-füqəra.
Bəhardən təni-gülbündə eyləyib həyəcan, Hərarəti-dəməvi qıldı ğüddələr peyda.
Boyandı qanı ilə səfheyi-çəmən gül-gül, Məgər ki, fəsdinə hökm eyləmiş təbibi-həva.
Hibali-sehrə dönüb cünbüşi-cədavili-ab, Kəlimi-sərv ona əksdən buraxdı əsa.
Olub tərənnümi-bülbül əzayimi-təsxir, Çəmən pərilərinə lazım oldu ərzi-liqa.
Büsati-gülşənə dün eylədim güzər ki, dəmi Qılam nəzareyi-asari-qüdrəti-mövla.
Əcəb niza’də gördüm çəmən zəriflərini, Təəssüb ilə qamu saliki-təriqi-xəta.
Qamu güman ilə müstəd’iyi-təriqi-nəcat Vəli, qamusuna batil dəlili-istid’a.
Salıb şükufə məbadi sünufə əşcari, Qılırdı bəhs ki, caiz təəddüdi-qüdəma.
Verib təsəlsülə qüvvət təbiəti-kəci-ab, Olurdu nafiyi-isbati-illəti-ula.
Xəyali-məhz sanıb kainatı nərgisi-məst, Qılırdı cəhl ilə nəfyi-həqayiqi-əşya.
Edirdi bülbüli-kafirnihad səcdeyi-gül, Təəbbüdi-sənəm ilə tutub nəcati rica.
Nəsim vaqif olub bu fəsadı mən’ etdi Ki, ey güruhi-pərişan, tutun təriqi-hüda!
Bu karixanə bir ustaddan degil xali, Gərək bu qüdrətə, əlbəttə, qadirü dana.
Qılır dəlaləti-illət vücudi-hər mövcud Vəli, nə sud ki, sahibnəzər deyil ə’ma.
Mükəvvinatə hüdus ol qədimdəndir kim, Kəmali-zatinə mümkün degil qəbuli-fəna.
Qədirü müqtədirü qadirü müqəddirü həyy, Əlimü alimü əllamü ə’ləmü ə’la.
Zəhi təkəvvüni-kamil ki, qüdrətindəndir, Pəriliqalərə lütfi-tənasübi-ə’za.
Məlahəti-ləbi-meygunü ləhceyi-şirin, Nəzakəti-qədi-mövzunü çöhreyi-ziyba;
Səfayi-cismi-lətifü qəbuli-cövhəri-pak, Lətafəti-xəti-mişkinü zülfi-ənbərsa.
Kəmali-qüdrəti-elminədir şəvahidi-ədl, Üqudi-silsileyi-karixaneyi-dünya.
Bəsaitə şərəfi-məhrəmiyyəti-vəhdət, Mürəkkəbatə qəbuli-tərəkkübi-əcza.
Həvayi-məkrəmətindən qəbuli-feyz qılıb Mürəbbiyi-çəmən olmuş bəhari-ruhəfza.
Nəsibi-mərhəmətindən alıb ifadeyi-cud, Cahanı rəşki-cinan eyləmiş nəsimi-səba.
Səfayi-lütfi-əmimi nüfuz edib, qılmış, Mizaci-namiyəyi müstəiddi-nəşvü nəma.
Fəzayi-gülşəni-lütfi mərabei-əhbab, Hədaiqi-rəhi-qəhri məhaliki-ə’da.
Sühayə lütfi əgər qılsa zərrəpərvərlik, Yetər məqami-müsavati-afitabə süha.
Vər olsa qəhrinə məzhər ənasirü əflak, Nikah əqdin üzər ümməhatdan aba.
Hesabi-rizqini qılmış təmamiyi-bəşərin, Hənuz Adəmə peyvənd qılmadan Həvva.
Bəyani-halinə yetmiş cəmi’i-məxluqin Hənuz pərdəyə ə’yani çəkmədən əsma.
Kəmali-tərbiyəti növki-xarə vermiş rəng, Lətif edib, ləqəbin eyləmiş güli-rə’na.
Gül atəşin bir ovuc xaki-rəhgüzarə salıb, Kül eyləyib qomuş adını bülbüli-şeyda.
Türabi-dərgəhinə ittisal şövqi ilə Kəfi-təzərrö’i dəryadə daməni-səhra.
Ziyarəti-hərəmin qılmamaq cəzası üçün Həvalə xəncəri-seylabə sineyi-dərya.
Cəmii-vəqt şəfaxaneyi-ətasından, Cəmii-xəlqə müyəssər, cəmii-dərdə dəva.
Rümuzi-hikmətin eylər bəyan məratib ilə, Cəmii-hali-bəşər, xah fəqrü xah qina.
Mərizi-arizeyi-nəqsdir, nüfus tamam, Kiminə faidə pərhiz edər, kiminə qida.
Şərif zatlərə övci-imtəhanından, Vəsileyi-şərəfi-qürb olur nüzuli-bəla.
Xəsis nəfslərə gənci-iltifatından, Məzidi-illəti-idbar olur vüfuri-əta.
Dəlili-zilləti-üsyandır təərrüzi-hal, Təriqi-hüsni-rizasi cəmii-halə riza.
Zəhi kərəm ki, nəzər qılmayıb ədavətinə, Müyəssər eyləmiş iblisə e’tibari-bəqa.
Zəhi kərim ki, ifrati-lütf ehsani Məsihi eylədi mehrabi-səcdeyi-tərsa.
Fəqiri-dərgəhinə ləzzəti-rizası ilə Təəllüqati-təriqi-fənadən istiğna.
Əsiri-möhnəti-eşqinə zövqü şövqi ilə Xilafi-qaidə meyli-təbibü zikri-şəfa.
Zəhi həqiqəti-zatında lafi-əql cünun, Qapın məqami-müsavati-padişahü gəda.
Nəimi-ləmyəzəli onda kim, sənə vasil, Müəzzəbi-əbədi ol ki, səndən ola cüda.
Təvafi-Kə’beyi-vəslin təhəssürilə müdam, Sürudi-seylə səfirü xüruşi-rə’də səda.
Mühəymina, səməda! Bəndeyi-siyəhruyəm, Səhifeyi-əməlim mə’siyət xətilə qəra.
Tərəhhüm et ki, məni qaməti-şikəstə ilə Bənövşeyi-çəməni-dərd qıldı bari’-ina.
Nihali-gülşəni-dərdəm ki, su yerinə verər Mənə həmişə cigər qani bağibani-qəza.
Diriğü dərd ki, əncamə yetdi ömr, hənuz Xərabi-badeyi-zərqəm, əsiri-dami-həva.
Əzabi-ruzi-cəza vəhmi ilə şamü səhər, Bir iztirabü əzab içrəyəm məni-rüsva
Kim, ol əzabi məgər iqtizayi-ədl verə Əzabi-ruzi-cəza münkirinə ruzi-cəza.
Əgərçi qüssə dutar rüzi şəb giribanım, Əlimdən eyləmən ümmid damənini rəha.
Müqimi-hücreyi-şövqəm fəzayi-qürbündən, Həmişə səm’i-ümidimdə iştiyaqi-səda.
Ki, ey fəqir, hərimi-vüsalə bismillah, Təəllül etmə ki, dəmdir əmanət ola əda.
Səhabi-feyz əməl gülşənin qılıb siyrab, Güli-murad açılıb ola müstəcab dua.
Ümid var ki, ayineyi-zəmirimdən Həmişə seyqəli-ehsanın ola jəngzida.
Ümid var ki, lütfündən olmaya növmid, Dili-Füzuliyi-aşüftəhalü bisərü pa.
Müyəssər ola ona şahrahi-eşqində Dəvami-hüsni-qəbulü səbati-rəsmi-vəfa.
* * *
Lüğət: Ərayisi – gülzar – çəmən gəlinləri, güllər, çiçəklər; Hülleyi – xəzra – yaşıl ipək; Xəzra – yaşıl; Xosrov – padşah, hökmdar; Səriri – abi-rəvan – axar suyun səsi, şırıltısı; Abi – rəvan – axar su, çay; Rəvan – gedən; axan; ruh; Səfiri – mürği-çəmən – çəmən quşlarının zümzüməsi; Mürğ – quş; Zəban – dil; Sənayi – rif’əti-iclalə oldular guya – cəlalın yüksəkliyinə tərif dedilər; Məcruh – yaralı; Qaməti – mövzun – yaraşıqlı boy; Düta – iki qat, bükülmüş; Mürəttəb – tərtib edilmiş; Səhba – şərab; Ənadil – bülbüllər; Məratibi – əhbab – dostların mərtəbələri; Nəğəmat – nəğmələr; Qumari – qumrular; Sədayi – seyl çəkər məddi-müttəsil – sel səsi uzanan səs kimi səslənir; Büzürg – böyük; musiqidə məqam; Sürud – nəğmə Ş; Bərgi – səmən – yasəmən yarpağı; Səngi – cəfa – cəfa daşı; Cərahət – yara; Tərəşşöh – sızmaq; Bərg – yarpaq; Zilli – hüma – hüma quşunun, dövlət quşunun kölgəsi; Hədiqə – bağça; Rəyahin – reyhanlar, çiçəklər; Möhməl – nöqsansız hərf; Hürufi – həca – əlifbanı təşkil edən hərflər; Müzəyyən – zinətli, bəzəkli; Əzhar – çiçəklər; Hərarəti – mehr – günəşin hərarəti; Şükufə – çiçək; Dəbir – katib, yazıçı; Səbəq – dərs; Niqabi – xifa – görünməzlik örtüyü; Dirəxt – ağac; Nihali – növrəsi-gülzari-eşq – eşq bağcasının yeniyetmə fidanı; Bibədəl – əvəzsiz; Seyl – sel; Ənhar – nəhrlər, çaylar; Həvayi – dari-vəfa – burada fədakarlıq, iradə; Fəzayi – behişti-sürur – şadlıq behiştinin fəzası; Məmlu – dolu; Xəla – boşluq; Şam – axşam; vilayət adı; Xilafi – müddəa – istəyin əksi; Zəmir – ürək, könül; Atəşi – bim – qorxu odu; Bim – qorxu; Hümrə – dəri xəstəliyi; İqdi – şəbnəm – şeh damlaları; Qəmər – ay; Şəms – günəş; Məsa – gecə; Tila – qızıl; Xüruci – zəkat – zəkat çıxmaq, artıq malın onda birini vergi vermək; Zəkat – dini vergi; Nisab – son hədd; arzu olunan dərəcə; əsas; Əyadiyi – füqəra – fəqirlər əli, yoxsullara əl tutan; Gülbün – gül budağı; Dəməvi – hərarət – qan hərarəti; Peyda – zahir, aşkar olmaq; Qanı – hanı; Hibali – sehrə dönüb – sehr iplərinə dönüb; Cünbüş – hərəkət; Əzayim – dualar, ovsunlar; Güzər – keçmək; Dəmi – sərd – soyuq ah; Saliki – təriqi-xəta – xata yolunun yolçusu; Təriqi – hüda – hidayət yolu, doğru yol; Təriq – yol; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Dəlili – zilləti-üsyandır təərrüzi-hal – vəziyyətə etiraz üsyan zəlilliyinə dəlildir; Əşcar – ağaclar; Təəbbüd – ibadət etmək, qulluq etmək; Sənəm – büt; gözəl; Vaqif – xəbərdar; Xali – boş; Dana – alim, bilici; Sud – fayda; Müqəddir – hər şeyin nə olacağını qabaqcadan müəyyənləşdirən, Allah; Əlim – bilik sahibi; Əllam – çox-çox bilən, Allah; Ləbi – meygun – qırmızı dodaq; Mişkin – xoş qoxulu, qara rəngli; Vəhdət – yalqızlıq, təklik; Cud – səxavət; Rəşki – cinan – cənnətdən gözəl; Cinan – cənnət; Nəsimi – gülriz – gülləri tökən səhər küləyi; Əmim – ümumə şamil olan; Mizaci – namiyyə – böyümək mizacı; Əhbab – dostlar; Məhalik – ölüm yeri, təhlükə yeri; Süha – kiçik ulduz adıdır; Məzhər – bir şeyin zahid olduğu yer; Əflak – göylər; Aba – atalar; Növki – xar – tikan ucu; Güli – rə’na – qırmızı rəna çiçəyi; Xaki – tirə – qara torpaq; Türab – torpaq; İttisal – yetişmək, qovuşmaq; Kəfi – təzərrö’i-dərya dər damənisəhra – dəryanın xahiş əli səhranın ətəyindədir; Damən – ətək; Məratib – mərtəbələr; Xah – naxah – istər-istəməz; Qina – dövlət; şərqi oxumaq; Mərizi – arizeyi-nəqsdir nüfus tamam – hamı nöqsan bəlasının xəstəsidir; Şərif – şərəfli, mübarək; Övci – hüsn – gözəlliyin yüksək zirvəsi; Vəsileyi – şərəfi-qürb – yaxınlıq şərəfinin vəsiləsi; Qürb – yaxınlıq; Gənc – xəzinə; Məzidi – illəti-idbar – talesizlik illətini artıran; Vüfuri – əta – bəxşişin çoxluğu; Əta – bəxşiş; Dəlil – yol göstərən; sübut; Hüsni – göftar – söz gözəlliyi X; Bəqa – həmişəlik; Kərim – səxavətli, kərəmli; Xilaf – yalan, tərsinə deyilmiş söz; Cünun – dəlilik Ç; Nəim – nemət verən; Müəzzəbi – əbədi – əbədi əzablı; Əməl – arzu; iş; Bari – giran – ağır yük; Xərabi – badeyi-zərqəm əsiri-damiriya – günah şərabının sərxoşuyam, riya torunun əsiriyəm; Ruzi – həşr – məhşər günü; İqtizayi – ədl – ədalətin təqazası; Şəb – gecə; Giriban – yaxa; İştiyaq – şövq, həvəs; Təəllül – bəhanə gətirib yubatmaq; Növmid – ümidsiz, naümid; Dili – tirə – qaranlıq könül, tutqun könül; Şahrah – işlək yol, böyük yol