Əsas məzmuna keç

Qoşma

Həsrətdən süzülən

Zəlimxan Yaqub

1

Bir zaman dağ mənim, daş mənimiydi, Mən eşqin dağından enib gəlmişəm. Gözümün işığı gözümdən düşüb, Canımın sağından enib gəlmişəm.

Güc ola, zamanı alam atından, Tutam yaxasından, salam atından. Ömrümün-günümün salamatından, Ən şirin çağından enib gəlmişəm.

İndi nə iştaham, nə də ki aşam, Bir himə bəndəm ki, büdrəyəm, çaşam, Heyrətdən süzülən bir damla yaşam, Yarın yanağından enib gəlmişəm.

1999, 7 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.